İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask Demokratların HƏDƏFİNDƏ

Xəbər verildiyi kimi, dünyanın ən populyar sosial şəbəkə platformalarından biri sayılan “Twitter” yeni sahibinə qovuşub. İlon Mask 44 milyard dollar verməklə ona sahib çıxıb.

Musavat.com xəbər verir ki, nüfuzlu “Politico” saytı bu sövdələşmənin ABŞ-ın hakim Demokratlar Partiyasında “zəlzələ effekti” törətdiyini bildirib.

“Bu həftənin cümə günü ABŞ-ın siyasi və media oyunçuları yeni bir reallıqla oyandılar: ölkənin ən açıq danışan və ziddiyyətli iş adamlarından biri indi ən qızğın siyasi diskussiyaların getdiyi şəbəkəyə moderatorluq edəcək”, - deyə yazıda qeyd olunub.

Artıq rəsmi olaraq “Twitter”ə nəzarəti ələ alan və 4 əsas idarəçini işdən çıxaran İlon Mask “quş artıq azaddır” tviti ilə siyasi arenada həm narahatlıq, həm də sevinc dalğası yaradıb.

Mühafizəkarlar, xüsusən də sağçı Trampistlər Maska bir xilaskar gözü ilə baxdıqlarını gizlətmirlər. Liberallar isə Konqres seçkilərinə iki həftə qalmış əsas media platformasının gələcəyindən, xüsusilə Donald Trampın platformaya qayıtmaq perspektivindən olduqca narahatdırlar.

“Düşünürəm ki, bu, bir zəlzələdir” deyə demokrat strateq Abhi Rəhman sayta danışıb. Ona görə, Tramp 2024-cü ildə yenidən prezidentliyə namizəd olacağı təqdirdə seçkilər, səsvermə maşınları və s. haqqında istədiyi yalanı yaymağa başlayacaq.

“Twitter”in həm sol, həm də sağ düşərgədən ən yaxın izləyicilərinin bir çoxu Maskın dünən gecə işdən çıxardığı baş direktor Vicay Qaddenin gedişinə xüsusi diqqət yetiriblər.

Qadde 2021-ci ilin yanvar ayının 6-da Konqres binasına edilən hücumdan sonra Donald Trampı ömürlük bloklaması ilə yadda qalıb. Demokratlar Partiyasına yaxın, qeyri-kommersiya təşkilatı “Accountable Tech” həmtəsisçisi Cess Leriç bu səbəbdən Qaddenin gedişini “uzunmüddətli fəlakət” adlandırıb.

Qeyd edək ki, bu ilin may ayında İlon Mask “Twitter”dəki şəxsi hesabında Demokratlar Partiyasını “parçalanma və nifrət partiyası” adlandırmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR