Onlayn ictimai-siyasi qəzet
22 yaşlı Tural artıq üçüncü dəfədir cinayət əməli törədir. Daha əvvəl də barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş Tural bu dəfə sərxoş olduqdan sonra maşın sürməyə olan həvəsi üçün avtomobil oğurlayıb.
Musavat.com xəbər verir ki, Tural Soltanov Beyləqanda ofisiant işləyib. İşdən çıxandan sonra marketdən spirtli içki alıb. İçkisini içdikdən sonra yol kənarında “07” görüb və maşın sürmək həvəsi onu oğurluq etməyə sövq edib.
Maşın sürməyi çox sevdiyini deyən Tural bildirib ki, məqsədi maşını sonradan yerinə qaytarmaq olub. Lakin yolda olan zaman idarəetməni itirib və qəza törədib. Maşını yol kənarındakı arxa aşıran Tural əzilmiş avtomobildən çıxsa da sərxoş olduğu üçün uzaqlaşa bilməyib. Hadisə yerinə gələnlər onu xəstəxanaya çatdırıb.
Maşın sahibi isə avtomobilinin oğurlanmasını cərimə gələndən sonra bilib. Belə ki, maşın sahibi evdə olub. Onun mobil nömrəsinə sürət həddini aşdığı üçün mesaj gəlib. Bu zaman avtomobilinin saxladığı yerdə olmadığını başa düşüb.
Tural bu əməlinə görə də cəza alıb. Məhkəmə bu dəfə də onun barəsində azadlığın məhdulaşdırılması cəzası təyin edib. Onun əvvəlki cəzaları da nəzərə alınaraq üzərində qəti olaraq 3 il azadlığın məhdudlaşdırlması cəzası təyin edilib.
İ.Muradov
Musavat.com
08 May 2025
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ