Onlayn ictimai-siyasi qəzet
Astara rayonunun Rüdəkənar kəndində həmkəndlisinə qarşı qeyri-etik hərəkət edən şəxs saxlanılıb.
Məlumata görə, 1986-cı il təvəllüdlü Şirxan Babayev (soyad şərti - red.) barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, Şirxan avtomobilini həmkəndlisi Kamilin (şərti) darvazasının qarşısında saxlayıb. Bu zaman maşının şüşəsini aşağı endirərək, ona tərəf tüpürüb. Heç bir səbəb olmadan onu söyərək, təhqir edib. Kamil isə polisə şikayət edib. Təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə 5 gün müddətində inzibati qaydada həbs edilib.//Qaynarinfo
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ