İnsanlara hürriyət, millətlərə istiqlal!

Masallıda 17 yaşlı ananın körpəsi ölü doğuldu - prokurorluq işə qarışdı

Masallı rayon sakini 2007-ci il təvəllüdlü Səfurə Qubadovanın iyulun 16-da ölü döl diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olması faktı ilə bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.

Musavat.com xəbər verir ki, məlumatı Baş prokurorluğun mətbuat xidməti yayıb.

***

Masallıda körpə ölümü qeydə alınıb.

Masallı rayonunun Böyük Təklə kənd sakini 2007 - ci il təvəllüdlü Səfurə Elvin qızı Qubadova doğuş üçün Masallı rayon mərkəzi xəstəxanasının ginekologiya və doğum şöbəsinə müraciət edib. Ananın müayinəsi aparılıb və Lənkəran regional Perinatal mərkəzə göndərilib. Lənkəranda bildiriblər ki, doğuş təbii yolla olmalıdır və Lənkəranda qalmağı məsləhət görülüb. Özünü yaxşı hiss etdiyini deyən ana yenidən Masallıya qaytarılıb. Bu səhər ağrıları olan S. Qubadova doğuşa götürülüb. Doğuş zamanı çəkisi 2,8 kq olan ölmüş qız uşağı dünyaya gəlib.

Yaxınları bildirir ki, uşağın ölümünə səbəb həkim səhlənkarlığıdır.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb./APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR