Onlayn ictimai-siyasi qəzet
Martinika Fransanın milli kimliyi məhv etməyə yönəlmiş assimilyasiya siyasətinə baxmayaraq, iqtisadi və mədəni müstəqillik uğrunda mübarizəsini davam etdirir.
Bunu Martinika Demokratlar və Ekoloqlar Hərəkatının (MODEMAS) şöbə rəhbəri Luici Bule Bakıda keçirilən "Kolonializm: milli-dini kimliyin silinməsi" adlı beynəlxalq konfransda bildirib.
L.Bulenin sözlərinə görə, Martinikanın iqtisadiyyatı hələ də metropoliyadan tamamilə asılıdır və bu da onun inkişafını əhəmiyyətli dərəcədə ləngidir:
"Bizim azad iqtisadiyyatımız yoxdur. İxracımızın əsasını şəkər və banan təşkil edir, lakin bu sahələr Fransanın nəzarətində olduğundan, martinikalılar öz resurslarından real fayda əldə etmirlər".
O vurğulayıb ki, adadakı təhsil sistemi və hüquq-mühafizə orqanları Fransa hökumətinin maraqlarına xidmət edir.
L.Bule bildirib ki, Fransa adada həyata keçirdiyi assimilyasiya siyasətini təbii proses kimi təqdim etməyə çalışır: “Lakin Martinika sakinləri öz dillərində danışırlar və adət-ənənələrini qoruyurlar. Bu, bizim azadlığa gedən yolumuzdur". (Report)
01 Aprel 2025
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ