İnsanlara hürriyət, millətlərə istiqlal!

Vilayətinin boşboğazlığı - "O, teatr aktyoru təsiri bağışlayır"

İran Ali Dini Liderinin müşaviri Əli Əkbər Vilayətinin günlər öncə səsləndirdiyi sərsəm açıqlamalar Azərbaycan tərəfdə sərt etiraz doğurub. O, ölkəsinin Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəyini bəyan edib.

06cec99e7b9c4029b29b941d0943d4db307202217259241721417703 1

Məsələ ilə bağlı Musavat.com-a danışan keçmiş millət vəkili Əliməmməd Nuriyev burada təəccüblü heç nə görmür: "Onun siyasətdəki əsas missiyası danışmaqdır: konkret qərar qəbul etmək, məsuliyyət daşımaq, güc göstərmək yox – sadəcə danışmaq. Mikrofon görəndə isə dərhal “boşboğazlıq marafonu”na çıxır.

Bu dəfə də mövzu – Zəngəzur dəhlizi. Vilayəti qəhrəmanlıq havasına girərək deyir ki, İran heç bir halda imkan verməyəcək. İnsanın ağlına isə sadə bir sual gəlir: necə imkan verməyəcək?

Bəlkə Herodotun ruhunu yardıma çağıracaq, ya da "Böyük Kir" (Cyrus the Great)in istehkamlarını yenidən ucaldacaq? Yoxsa tarixi miras şüarlarını müasir silah kimi işə salacaq?

Halbuki reallıq tam fərqlidir.

Azərbaycan və Türkiyə dəhliz məsələsində qətiyyətlidir.

Ermənistan ABŞ vasitəçiliyi ilə artıq “okey” deyib.

ABŞ və Qərb isə “Tramp dəhlizi” konsepsiyasını açıq şəkildə dəstəkləyir.

Belə şəraitdə Vilayətinin “biz qoymarıq” ritorikası dil pəhləvanlığının ən bariz nümunəsidir…

Əslində, bu “dil pəhləvanlığı” daha çox daxili auditoriyaya ünvanlanıb. Çünki ölkə daxilində vəziyyət ağırdır: iqtisadiyyat çöküb, xalq kasıb, gənclər üsyan həddindədir. Amma Vilayəti çıxıb deyir ki, narahat olmayın, biz Qafqazın tarixi mirasını qoruyuruq. Elə bil camaat çörək almaq yerinə Herodot oxuyacaq!

İranın siyasi elitasında da parçalanma dərinləşib Praqmatiklər – Pezeşkian tərəfdarları deyirlər: “Qırmızı xətlər pozulmasa, dəhliz açılsın, əməkdaşlıqdan fayda götürək”.
Radikallar, Vilayəti kimi “tarixə qapıçılıq edənlər” isə deyirlər: “ABŞ dəstəkləyibsə, qəti olmaz”.

Nəticə isə dəyişmir və dəhliz açılacaq. Vilayətinin sözləri isə yalnız “İranın səsini yüksəltmək üçün boşboğazlıq məşqi” kimi qalacaq.

Açığını desək, Vilayəti indi siyasətçi yox, tarix kitabı ilə silahlanmış teatr aktyoru təsiri bağışlayır. O, hər çıxışında “müqəddəs miras”, “Qafqaz müdafiə xətti” kimi pafoslu ifadələr səsləndirir.

Beləcə, “dil pəhləvanının yeni macərası” da eyni ssenari ilə bitir: çox söz, az təsir. Həqiqətdə isə nə Qafqaz dəyişir, nə də dəhlizin taleyi. Sadəcə, Vilayəti yenə səhnəyə çıxır, tamaşa oynanılır və pərdə enir. Amma artıq oyununu yaxşı oynaya bilmir, onu təbirincə desək tarixə miras olmaq vaxtı çatıb".

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2025

26 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR