İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkənin rəhbəri Trampın 4 zənginə cavab vermədi - BÖYÜK BÖHRAN

Musavat.com xəbər verir ki, Almaniyanın nüfuzlu Frankfurter Allgemeine Zeitung nəşri ABŞ–Hindistan münasibətlərində gərginlik yaradan sensasion məlumat yayıb. Məqalədə qeyd olunur ki, Hindistanın baş naziri Narendra Modi son həftələrdə ABŞ prezidenti Donald Trampın dörd telefon zənginə cavab verməyib.

Mənbənin məlumatına görə, Modi, Trampın Hindistan iqtisadiyyatını açıq şəkildə “ölü” adlandırmasından və Hindistan mallarının idxalına əlavə 25%-lik rüsum tətbiq etməsindən sonra incik qaldığını nümayiş etdirir. Bu qərardan sonra Hindistan məhsullarına tətbiq edilən ümumi tarifin 50%-ə çatacağı bildirilir.

Bundan əlavə, iki ölkə arasında planlaşdırılan və ABŞ nümayəndə heyətinin Hindistana səfərini nəzərdə tutan ticarət sazişi üzrə danışıqlar da ləğv olunub.

Vaşinqton və Nyu-Dehlinin son illərdə yaxın hərbi-strateji tərəfdaşlıq qurduqları məlumdur. ABŞ Hindistanı Çinlə rəqabətdə əsas regional müttəfiq kimi görür, Hindistan isə Qərb texnologiyalarına çıxış əldə etmək niyyətindədir. Lakin Tramp administrasiyasının iqtisadi təzyiqləri bu münasibətlərdə ciddi çatlar yaratmağa başlayıb.

Analitiklər hesab edirlər ki, Modi-Tramp qarşıdurması təkcə iki lider arasındakı şəxsi incikliklə məhdudlaşmır, həm də ABŞ–Hindistan münasibətlərinin gələcək istiqamətlərinə təsir göstərə bilər.

Fakt odur ki, artıq Modi Trampın zənglərinə cavab vermir, Vaşinqton–Nyu-Dehli xətti isə sükutla dolub.

Musavat.com

fce97b1d-9dd9-49b3-a617-f39559fb1b4d.jpeg (55 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR