İnsanlara hürriyət, millətlərə istiqlal!

“Marsa” televiziyaların reytinqini açıqladı-Bu ölçmələr necə aparılır?  

 

Azərbaycan Televiziya Auditoriyasının  sayını müəyyənləşdirən və KANTAR-ın rəsmi provayderi olan MARSA televiziyaların həftəlik reytinqini açıqlayıb.

Hesabata əsasən reytinqdə ilk sırada Xəzər TV, ikinci sırada ATV, üçüncü sırada isə ARB TV qərarlaşıb. Daha sonrakı yerdə isə Space TV, İTV, ARB 24 və digərləri var.

Xatırladaq ki, MARSA media sahəsində reytinqlərin ölçülməsi, məlumatların toplanması, araşdırılması üzrə dünya lideri olan KANTAR şirkətinin rəsmi texnoloji tərəfdaşıdır. Bəs MARSA reytinqlə bağlı ölçmələri necə aparır?

"Ölkədəki TV kanalların hansı vəziyyətdə olmasını ölçən MARSA nəhayət ki,  hesabatlarının və reytinqlərinin  bir hissəsini ictimaiyyət üçün də açıqlamağa başlayıb. Adətən bu tip qurumlar belə məlumatları TV kanalların özlərinə və reklamverənlərə təqdim edirdilər".

Musavat.com bildirir ki, bu sözləri ekspert Osman Gündüz mövzunu şərh edərkən bildirib. Ekspert qeyd edib ki,  hələlik, ölkəmizdə MARSA-nın müəyyən etdiyi panel, yəni teleölçməni aparanlar 950 ailədən (1430 izləyicidən) ibarətdir:

"MARSA şirkəti bu ailələrə ölçməni aparmaq üçün TV sayğac, yəni “PM7 Peoplemetri” paylayıb.

Panel üzvləri televizorlara inteqrasiya olunan bu cihazlar vasitəsilə hansı kanallara və hansı verilişlərə, hansı müddətdə baxdıqlarını qeyd edir və bu məlumatlar MARSA-ya ötürülür.

Toplanan data MARSA-nın əməkdaşlıq etdiyi KANTAR Media şirkətinin Londonda yerləşən Data Mərkəzində emal olunur.

Marsa bu məlumatları xeyli müddət olardı ki, TV rəhbərlərinə təqdim edirdi amma ictimaiyyət üçün açıqlamırdı.

Ümid edirəm digər ölkələrdə olduğu kimi bu hesabatların ictimai əhəmiyyət kəsb edən hissələri daha ətraflı açıqlanacaq.

Həmçinin ümid edirəm MARSA maraqlı tərəflərlə birgə bu hesabat və reytinqlərin ictimai müzakirəsini təşkil edəcək".

 

Xalidə Gəray

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR