Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Florida ştatında baş verən təyyarə qəzası nəticəsində azı 3 nəfər həyatını itirib.
Musavat.com Trend-ə istinadən xəbər verir ki, kiçik ölçülü Cessna 310R tipli təyyarə Boka Raton şəhərində yollardan birinə çırpılıb. Təyyarədə olan bütün şəxslər hadisə yerində ölüb. Qəza zamanı avtomobillərdən birinin sürücüsü isə xəsarət alıb.
Hazırda qəzanın səbəbləri açıqlanmayıb. Məlumata görə, təyyarə Boka Ratondan Floridanın şimalında yerləşən Tallahassi şəhərinin beynəlxalq hava limanına uçurdu. Hadisə ilə bağlı araşdırma aparılır.
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ