İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin və Trampın nümayəndəsi Sankt-Peterburqda görüşüb - VİDEO

Rusiya prezidenti və ABŞ prezidenti Donald Trampın nümayəndəsi Stiv Vitkoff bir neçə dəqiqə əvvəl Sankt-Peterburqda görüşüb.

Tərəflərin Moskva ilə Vaşinqton arasında münasibətlərin normallaşması və bəzi digər məsələləri, o cümlədən Ukraynadakı müharibəni müzakirə edəcəyi planlaşdırılır. 

***

Musavat.com-un məlumatına görə, Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff Donald Trampa Kreml tərəfindən irəli sürülən şərtləri çatdırıb.

Bildirilir ki, Moskva ilə sürətli razılaşma üçün Ukraynanın Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərindən tam şəkildə imtina etməsi tələb olunur.

Qeyd olunur ki, Sankt-Peterburqda keçirilən görüş zamanı Putin atəşkəsə hazır olduğunu bildirib, lakin bu yalnız Kiyev üçün qəbuledilməz olan şərtlərlə mümkündür: NATO-ya üzvlükdən imtina, ordunun əhəmiyyətli dərəcədə azaldılması və Rusiyanın iddia etdiyi bütün ərazilərin təhvil verilməsi.

Bu təkliflər Ukrayna tərəfindən təslimçilik kimi qiymətləndirilir və Kiyev rəhbərliyi belə şərtlərlə sülhün mümkün olmadığını dəfələrlə bəyan edib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR