İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Prezidenti: Suriyada xaosun yenidən baş verməsini istəyənlər var

Suriyada xaosun yenidən yaşanmasını istəyənlər var. Türkiyə buna imkan verilməməsini məmnuniyyətlə qarşılayır.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Antalya Diplomatiya Forumu çərçivəsində Suriya dövlət başçısı Əhməd Əş-Şaara ilə görüşündə deyib.

O qarşıdakı illərin Suriyanı sabitliyi, rifahı və əmin-amanlığı ili olacağını söyləyib.

Ərdoğan Türkiyənin Suriyaya qarşı beynəlxalq sanksiyaların ləğvi üçün səyləri davam etdirəcəyinə, rəsmi Dəməşqlə ticarət və iqtisadiyyat sahəsində əməkdaşlığı genişləndirmək istiqamətində addımların atılacağını diqqətə çatdırıb.

Türkiyə liderinin sözlərinə görə, Ankara digər sahələrdə də addımların atılmasını nəzərdən keçirəcək: “Türkiyə Suriyada sabitliyin bərpası üçün bu günədək olduğu kimi, bundan sonra dəstəyini davam etdirəcək”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR