İnsanlara hürriyət, millətlərə istiqlal!

Markovdan SƏRT İTTİHAM: "Ermənistan Rusiya və İrana xəyanət edir"

“Ermənistan həm Rusiyaya, həm də İrana qarşı ikiqat xəyanət edir”.

Musavat.com xəbər verir ki, bunu rusiyalı politoloq, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bildirib.

Onun sözlərinə görə, ABŞ, İranla sərhədə yaxın ərazilərdə gizli məlumatları kəşfiyyat yolu ilə toplamağa başlaya bilər.

“İrəvanın xəyanəti yalnız Rusiyaya deyil, həm də İrana qarşıdır. İran uzun illər Ermənistana dəstək verib, amma indi İrəvan ABŞ-a hərbi baza yaratmağa icazə verib. Həmin ərazidə amerikalılar kəşfiyyat sistemləri yerləşdirəcək və gələcəkdə ABŞ-ın İrana qarşı mümkün aqressiyasına dəstək göstərəcək. Bu, həm Rusiyaya, həm də İrana qarşı ikiqat xəyanətdir”, – deyə Sergey Markov bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Avqust 2025

10 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR