İnsanlara hürriyət, millətlərə istiqlal!

Markedonov: “Paşinyan mövqeyini möhkəmləndirib”

“Nikol Paşinyan Soçi sammiti ərəfəsində Ermənistan daxilində mövqelərini gücləndirib”.

Musavat.com xəbər verir ki, bunu Ermənistanda hakim “Mülki müqavilə” partiyasının qurultayının yekunlarını şərh edən rusiyalı politoloq Sergey Markedonov deyib.

Markedonov diqqəti hakim partiyanın bu günlərdə baş tutan qurultayının bağlı qapılar arxasında keçirilməsinə çəkib: “Bir vaxtlar Paşinyan özü də Köçəryan-Sərkisyan rejiminin rəqibi olanda Respublika Partiyasını şəffaflığın olmamasına görə tənqid edirdilər”, - deyə o qeyd edib.

Rusiyalı ekspertin fikrincə, erməni müxalifətçiləri hazırda “janr böhranı” yaşayırlar. “Tənqid çox, lakin praktiki olaraq düşünülmüş fəaliyyət yoxdur”, - deyə rusiyalı politoloq bildirib.

Markedonovun rəyinə əsasən, qurultayda Ermənistanın yerli auditoriyasına və beynəlxalq tərəfdaşlarına müxtəlif siqnallar göndərilib:

“Paşinyan hazırda ölkənin və hakim partiyanın lideri kimi ona real alternativlərin olmadığını göstərir. Bu, kiminsə xoşuna gələ bilər və ya kəskin etiraza səbəb ola bilər. Ancaq bu siyasətçidən yan keçərək Ermənistanın taleyi haqqında danışmaq işə yaramayacaq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR