İnsanlara hürriyət, millətlərə istiqlal!

Mariupolda binaların 98 faizə qədəri dağılıb - Zelenski

Hazırda Mariupolda demək olar hər şey, bütün binaların 95-98 faizə yaxını dağılıb.

AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Fransanın BFMTV kanalına müsahibəsində bildirib. O qeyd edib ki, dağılan binalara, həmçinin məktəblər, uşaq bağçaları, adi yaşayış məhəllələri, zavodlar və bütün infrastruktur obyektləri aiddir. Orada yalnız 3-4 faiz salamat nə isə qalıb.

Mariupol meri bundan əvvəl bildirmişdi ki, Rusiyanın şəhərə müdaxiləsinin başlanğıcından bəri 20 min nəfərədək dinc sakin həlak olub. Mühasirəyə alınmış şəhərdə 120 min nəfərə yaxın sakin qalıb.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün səhər saatlarında Mariupolun tam nəzarətə götürüldüyünü elan edib. Onun sözlərinə görə, şəhərdəki “Azovstal” zavodunun ərazisində iki minə yaxın Ukrayna əsgəri gizlənir. RF prezidenti Vladimir Putin zavoda hücum etməməyi, orada gizlənənlərə təslim olmaq üçün vaxt verməyi əmr edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR