Onlayn ictimai-siyasi qəzet
Stavropol şəhərində çoxmərtəbəli yaşayış binasının yaxınlığında qumbara partlayışı baş verib.
Musavat.com xəbər verir ki, Rusiya Teleqram kanalları partlayışda həlak olan Stavropol şəhərinin mer müavini, mayor Zaur Qurtsiyevin ölüm anını əks etdirən videonu yayımlayıblar.
Kadrlarda görünür ki, Qurtsiyevin yanına 29 yaşlı Nikita Penkov adlı şəxs yaxınlaşır. O, üzərində bərkidilmiş partlayıcı qurğunu işə salır. Bir neçə saniyə sonra güclü partlayış baş verir. Nəticədə hər iki şəxs hadisə yerində həlak olur.
Şəhər administrasiyasının mətbuat xidmətindən bildirilib ki, Qurtsiyev 2007-ci ildən Rusiya Silahlı Qüvvələrində xidmət edib. O, “İgidliyə görə” ordeni, 1-ci və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, Suvorov medalı, Jukov medalı ilə təltif edilib.
Rusiya ordusu Xarkov vilayətinin Stroyevka, Donetsk vilayətinin Qnatovka və Şevçenko Pervoye yaşayış məntəqələrini ələ keçirib.
Kursk vilayətində, Sumı istiqamətində Rusiya ordusu Ukraynaya hücum etmək üçün kifayət qədər qüvvə toplayıb.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko telemarafon efirində məlumat verib.
"Rusiya Kursk vilayəti ərazisində şəxsi heyət və texnika baxımından kifayət qədər böyük qüvvə və imkanlara malikdir", – deyə Demçenko bildirib.
Onun sözlərinə görə, bu qüvvələrin cəmlənməsi hələ Ukrayna Silahlı Qüvvələrinin Kursk istiqamətindən geri çəkilməsi zamanı başlayıb. Rusiya qüvvələrinin canlı qüvvə və silahlanma baxımından tərkibində dövri olaraq dəyişikliklər müşahidə olunur.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi Odessada yaşayan azərbaycanlı jurnalist Anar Natiqoğlu ilə müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ