İnsanlara hürriyət, millətlərə istiqlal!

MAR prezidentinin oğlu Kislovodskda kişi və qadını döyüb

Mərkəzi Afrika Rüspublkasının prezidenti Fosten-Arkanj Tuaderanın oğlu Evarist Rusiyanın Kislovodsk şəhərində bir kişini döyüb, qadına hücum edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Evarist Tuaderan onu müşayiət edən qrupdan qaçmağa cəhd edib. Siyasətçinin oğlu əvvəlcə kişini vurub, daha sonra uzun müddət telefonla danışıb və səfərdə onu müşayiət edən ümumi praktiki həkimə hücum edib.

Polis əməkdaşları Tuaderanı sakitləşdirə bilib,  onu Moskvaya göndəriblər. Prezidentin oğli orada MAR səfirliyinin əməkdaşlarına təhvil verilib.  Evaristin reabilitasiya üçün Rusiyaya gəldiyi məlum olub.

Qeyd edək ki, MAR-la Rusiyamın yaxşı əaqlələri var. Qiyamçı "Vaqner" özəl hərbi şirkətinin ən güclü olduğu ölkə məhz MAR-dır. Bu şirkət prezident Tuaderanın mühafizəsini təşkil edir.

66 yaşlı Tuadera 2016-cı ildən hakimiyyətdədir, iki arvadı, 2 övladı var.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR