İnsanlara hürriyət, millətlərə istiqlal!

Malatyada dağıntılar altında qalan tələbələrlə bağlı son durum: "Dəyişiklik yoxdur"

"Az öncə Gündüz Nəzərzadənin atası Mübariz Nəzərzadə ilə danışdıq. Hələ ki, dəyişiklik yoxdur. Binanın dağıntıları arasında axtarışlar davam edir".

Bunu Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) İdarə Heyətinin sədr müavini Pərviz Məmmədzadə Musavat.com-a özəl açıqlamasında bildirib:

"Türkiyənin müxtəlif bölgələrində bizə bağlı 23 dərnək var. Hatayda "Azərbaycan evi" dərnəyində zərərçəkmişlərə yardım kampı qurulub. Azərbaycanlılarla yanaşı, digər vətəndaşlar da müraciət edə bilir. "Azərbaycan evi" hər kəsə açıq olduğu üçün azərbaycanlıların sayını dəqiq demək hazırda mümkün deyil. TADEF-in müraciəti əsasında iş adamları təxminən 100 min lirə maddi yardım ediblər. Evsiz qalan vətəndaşlara uzun müddət yardım lazım olacaq. Toplanan vəsait məhz sonrakı mərhələlərdə göndəriləcək. Düşünürük ki, şəhər valiləri ilə danışıqlar əsasında uyğun şəkildə dəyərləndiriləcək".

P. Məmmədzadə qeyd etdi ki, TADEF-ə tələbələr də müraciət edib: "4 tələbəyə maddi yardım olunub. Sosial mediada yenidən zəlzələ olacağı ilə bağlı şayiələr gəzir, buna görə də xüsusilə tələbələr narahatdır. Bir şəhərdən digər şəhərə getmək də asan deyil. Hazırda ən çətin vəziyyətdə olanlar Malatyada dağıntılar altında qalan 4 tələbəmizdir. Gündüz Nəzərzadənin valideynləri öz hesabına İstanbula gəldilər. Onun qardaşı Arzuman Nəzərzadə Malatyadadır. Onun müraciəti ilə valideynlərinin biletini aldıq, səhər saatlarında Malatyaya yola saldıq".

5fcbde37-cd47-4f0a-97b1-c5d4c15aa1e6.jpeg (13 KB)

P. Məmmədzadə azərbaycanlıların İstanbulda müvəqqəti yaşamaq haqqında düşünmədiklərini bildirdi: "Azərbaycanlılar vətənə dönməyi üstün tuturlar. Səfirlik də təxliyə üçün avtobuslar təşkil edib. İstanbula gəlmək üçün müraciət edən olmayıb. İki türk ailəyə dərnəkdə sığınacaq vermişik. Ərzincan Universitetində təhsil alan azərbaycanlı tələbənin müraciəti əsasında ona maddi yardım olunub".

Qeyd edək ki, Türkiyədə zərər çəkən azərbaycanlılarla bağlı məsələlər Diasporla İş üzrə Dövlət Komitəsinin daim diqqətindədir.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR