İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun Zelenskiyə gözlənilməz ZƏNGİ: Brifinq DAYANDI - VİDEO

Ukrayna prezidenti Volodimir Zelenski mətbuat konfransı zamanı Fransa lideri Emmanuel Makronun zənginə cavab verərək ondan bir qədər gözləməyi xahiş edib.

Musavat.com xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

“Bağışla, Emmanuel, hazırda jurnalistlərlə danışıram. Sənə 15–20 dəqiqəyə geri zəng edə bilərəm? Bəli, zəhmət olmasa. Təşəkkür edirəm, Emmanuel…”, – deyə Zelenski ingilis dilində telefonla danışıb.

Ukrayna prezidenti söhbəti bitirdikdən sonra jurnalistlərə təsdiqləyib ki, az əvvəl Makronla danışıb və onların tez-tez əlaqə saxladıqlarını bildirib:

“Gündə bir dəfə danışırıq, orta hesabla belə deyərdim”.

O, Kiyev və Paris arasında sıx münasibətlərin olduğunu, Fransa liderinin ona çox kömək etdiyini vurğulayıb. “Bunun üçün ona minnətdaram və danışığımızdan sonra ona geri zəng edəcəyəm”, – deyə Zelenski əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Mart 2025

20 Mart 2025

BÜTÜN XƏBƏRLƏR