İnsanlara hürriyət, millətlərə istiqlal!

“Makronun psixoloji problemi var, Avropada da onu ciddi şəxsiyyət kimi qəbul etmirlər” – Politoloq

 

“Ermənistana olan münasibətində şahidi olduq ki, Makron psixoloji problemi olan bir adamdır. Tez-tez fikrini dəyişir. Avropa Birliyinin aparıcı dövlətlərinin başçısı kimi bölgədə sülhyaratma prosesinə dəstək vermək əvəzinə qızışdırıcı mövqelərdə dayanır”.

Bu fikirləri Musavat.com-a politoloq Qabil Hüseynli bildirib. O əlavə edib ki, Makron antitürk, antimüsəlman fobiyasına qapıldığını dərhal büruzə verir: “Ukrayna məsələsində də təkrar mövqelər sərgiləyir. Əvvəlcə Avropa ordusunun qurulması iddiasında idi, sonra heç nə alınmayacağını gördü və təkbaşına Ukraynaya ordu göndərəcəyini dedi. Odessa hissəsini fransızlar qoruyacaq deyirdi. Bəzi adamların da təlqinlərindən sonra fikrini dəyişdi. Şolts Avropa ölkələrinin iqtisadiyyat nazirlərinin toplantısında tarixi bir çıxış etdi. Dedi ki, biz Ukraynanı lazım olan bütün silahlarla təmin etməliyik. Sonra əlavə etdi ki, “101 leopart” tipli son model tankın bir hissəsini artıq göndərib, zavoddan yenicə çıxmış müasir təyyarələri göndərməyə də başlayıb. Amma gülə-gülə, sarkazmla Fransa iqtisadiyyat nazirinin üzünə baxıb dedi ki, o nə silahdır göndərmisiniz, heç normal atəş də aça bilmir. Ya əməlli silah göndərin, ya da heç göndərməyin. Biz hər şeyi həll edərik. Makronun dedikləri ilə etdikləri bax budur. Artıq Avropada da onu ciddi şəxsiyyət kimi qəbul etmirlər, onunla hesablaşmırlar”.

Qeyd edək ki, Emmanuel Makron “France 2” telekanalına açıqlamasında bildirib ki, Fransanın müdafiə sənayesi yüksək intensivlikli münaqişəyə hazır deyil. “Müdafiə sənayemiz proqnozlaşdırmadığımız yüksək intensivlikli ərazi münaqişəsinə uyğunlaşdırılmayıb”, - deyə o qeyd edib. O  həmçinin bəyan edib ki, Fransa Ukraynada münaqişənin gərginləşməsinə təşəbbüs göstərmək niyyətində deyil. “Biz heç vaxt hücuma keçməyəcəyik, heç vaxt belə bir təşəbbüs göstərməyəcəyik”, -  deyə Makron əlavə edib.

 

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR