İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron və idman naziri dodaq-dodağa! "Paris-2024"ün açılış törəninə damğa vuran FOTO

2024-cü il Paris OlimpiadasI xüsusi mərasimlə açılarkən Fransa prezidenti Emmanuel Makronla Fransanın idman naziri Ameli Oudea-Kasterin öpüşü böyük səs-küyə səbəb olub.

Bütün idmansevərlərin maraqla gözlədiyi 2024-cü il Paris Olimpiya Oyunları dünən keçirilən açılış mərasimi ilə başlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, açılışda 206 ölkədən 10500-ə yaxın idmançı iştirak edib və idmançılar qayıqlarla Reyn çayı üzərində səyahət edərək tamaşaçıları salamlayıblar.

Açılış mərasiminin bir çox görüntüləri, skandal tərəfləri üzə çıxsa da, Fransa prezidenti Emanuel Makronun idman naziri ilə qarşılıqlı əlaqəsi hadisəyə çevrilib.

İDMAN NAZİRİ İLƏ ÖPÜŞMƏSİ HADİSƏ OLDU

7dc9fbde-6d52-4a03-8b0a-d0df4994c122.jpg (37 KB)

Makron mərasim sahəsinə gələndə iştirakçıları bir-bir salamlayıb, növbə Fransanın idman naziri Ameli Oudea-Kasterə çatdıqda isə dodaq-dodağa öpüşüblər.

Makron və Kasterin həmin anları bütün dünyada ən çox danışılan hadisələrdən biridir.

ÖZÜNDƏN 24 YAŞ BÖYÜK KEÇMİŞ MÜƏLLİMİ İLƏ EVLİDİR

387f6c7b-3d58-438b-9078-5e593dcee050.jpg (41 KB)

2007-ci ildə keçmiş müəllimi və özündən 24 yaş böyük Bricit Makronla evlənən Emanuel Makron qəribə hərəkətləri ilə müntəzəm olaraq Fransa mətbuatını "yemləyir".

Musavat.com
(Məlumatın hazırlanmasında "Yeni Şafak" saytının məlumatlarından istifadə edilib)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR