İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Trampa təzyiq göstərdi: ABŞ Ukraynaya hərbi dəstək verməyə məcbur qala bilər

Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Donald Tramp arasında gərgin müzakirələr gedir.

Musavat.com "Wall Street Journal"a istinadən yazır ki, Makron Trampa ciddi təzyiq göstərərək Ukraynaya hərbi dəstəyin bərpasını tələb edib.

Söhbət ABŞ-ın, Britaniya və Fransanın Ukraynada yerləşdirməyə hazır olduğu minlərlə əsgərə hərbi dəstək verməsindən gedir.

Məlumata görə, bu plan ABŞ-ın Rusiya ilə apardığı sülh danışıqlarının bir hissəsidir. Diplomatik mənbələr bildirir ki, Vaşinqton və Moskva arasında razılıq əldə olunduğu təqdirdə, Britaniya və Fransa Ukraynaya öz hərbi kontingentini göndərməyə hazırdır. Makron isə Trampdan bu qoşunlara hərbi-texniki və logistik dəstək verməsini tələb edir.

Ekspertlərin fikrincə, Makronun bu addımı Avropa İttifaqının Ukraynadakı mövqeyini gücləndirmək cəhdidir. Bununla yanaşı, Fransa və Britaniya, Rusiya ilə mümkün sülh sazişinin şərtlərinə təsir göstərmək istəyir.

Bu məsələdə ABŞ-ın mövqeyi hələ tam aydın deyil. Tramp əvvəllər Ukraynaya yeni hərbi dəstək verilməsinə ehtiyatla yanaşırdı, lakin Makronun təzyiqi və Avropanın artan tələbləri Vaşinqtonun bu məsələdə mövqeyini dəyişə bilər.

Qeyd edək ki, sülh danışıqları davam edir və yaxın günlərdə bu məsələyə dair yeni açıqlamaların verilməsi gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR