İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron: “Əlcəzairdən müstəmləkəçiliyə görə üzr istəmək fikrimiz yoxdur”

Fransa prezidenti Emmanuel Makron Əlcəzairin müstəmləkəçiliyinə və müstəqillik uğrunda müharibədəki roluna görə “bağışlanmaq” fikrində olmadıqlarını açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu barədə Fransanın həftəlik “Le Point” qəzetinə müsahibəsində bildirib.

Keçmiş Fransa müstəmləkəsi olan Əlcəzair 1962-ci ildə yüz minlərlə insanın həyatına son qoyan səkkiz illik müharibədən sonra müstəqillik qazanıb. Həmin müharibədə əlcəzairli millətçilərin edam edilməsi və işgəncələrə məruz qoyulması məsələsi Fransa siyasətinə və cəmiyyətinə uzunmüddətli təsir göstərib və bu Fransada çox həssas mövzu olaraq qalır.

2017-ci ildə, hələ prezidentliyə namizəd sayılan Emmanuel Makron Fransanın müstəmləkəçiliyini “bəşəriyyətə qarşı cinayət” adlandıraraq hər kəsi təəccübləndirmişdi.

Lakin Fransa prezidenti seçildikdən sonra bəyanatlarından geri çəkilib. O, 1961-ci ildə Parisdə keçirilən etiraz aksiyası zamanı onlarla Əlcəzairlinin Fransız polisi tərəfindən öldürülməsini qınasa da, Fransanın müstəmləkə keçmişinə görə üzr istəməyəcəyini bildirib.

"Əlcəzair haqqında danışmaq potensial təhlükədir, lakin həm də zərurətdir",-deyə Makron “Le Point” qəzetinə müsahibəsində bu cümləni işlədib.

"Respublika prezidenti olan şəxs müstəmləkəçiliyə qiymət verilməsini tələb etməməlidir", - deyə Fransa lideri fikrini bu cümlə ilə yekunlaşdırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR