İnsanlara hürriyət, millətlərə istiqlal!

Makler eyni torpaq sahəsini 12 nəfərə satdı

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Xaliq Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, Şərur rayonunun Sədərək qəsəbəsində anadan olan Xaliq Əlizadə Sabunçu rayonu, Ramana qəsəbəsində 12 nəfərə qarşı dələduzluq edib.

İstintaqa cəlb olunan Xaliq Əlizadənin əvvəllər də dələduzluqla əlaqəli həbsdə olduğu üzə çıxıb. O, Xəzər Rayon Məhkəməsinin hökmü ilə dələduzluq maddəsilə məhkum olunub. Həmin məhkumluğu ödənməmiş daha bir dələduzluğa əl atıb. O, Ramana qəsəbəsində digər bir vətəndaşa məxsus 38 sot torpaq sahəsini 12 nəfərə satıb.

O da bəllidir ki, Xaliq Əlizadə Ramanada torpaq alqı-satqısı ilə məşğul olub.

Cinayət işində 12 nəfər zərərçəkmiş qismində tanınıb və ümumi dəymiş ziyanın məbləği 76 min manatdır.

İttiham aktına görə, Xaliq Əlizadə Sabunçu rayonu, Ramana qəsəbəsində özünə məxsus olmayan 38 sot torpağı 12 nəfərə ev tikmək adı ilə satıb. Bir müddət sonra torpağın əsl sahibi peyda olub və Xaliqdən torpaq alan şəxslər məcbur olub şikayət ediblər.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

07 May 2025

BÜTÜN XƏBƏRLƏR