İnsanlara hürriyət, millətlərə istiqlal!

Makkartinin istefası, Medvedyevin şərhi – “Kiyevə sevgisinin nəticəsidir”

"Respublikaçı Kevin Makkartinin ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri vəzifəsindən istefası onun Ukraynanı maliyyələşdirməyə olan sevgisinin nəticəsidir".

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib.

Siyasətçi Telegram kanalında “Kiyev rejimi üçün iki xoş xəbər” başlıqlı yazı dərc edib. "Bunlardan birincisi onun adını çəkdiyi Avropa Şurasının rəhbəri Şarl Mişelin Ukraynaya 2030-cu ilə qədər Avropa İttifaqına üzv olmasına icazə verməsidir. Bu o deməkdir ki, Aİ indiki Bandera dövlətinin bu vaxta qədər davam edəcəyinə inanır”, - Medvedyev bildirib.

“İkinci xəbər isə odur ki, ABŞ tarixində ilk dəfə olaraq Nümayəndələr Palatasının sədri vəzifəsindən azad edilib. Üstəlik, məhz Kiyev hakimiyyətinə məhəbbət və Bandera tərəfdarlarını maliyyələşdirmək üçün büdcə kompromislərinə görə. Qüruru duymağa səbəb var, çünki seçim ştatların özünün çoxsaylı daxili problemlərini həll etmək və neonasistləri daha da qidalandırmaq arasında idi”, - Rusiya Federasiyası Təhlükəsizlik Şurasının rəhbərinin müavini bildirib.

Eyni zamanda o, Ağ Evin sözçüsü Con Kirbinin ABŞ-ın Ukraynaya dəstəyini davam etdirməsi üçün cəmi iki aya çatacaq qədər pulunun qalması ilə bağlı son bəyanatını xatırladıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR