Yeni mövsümdə yayımlayacağı deyilən və iddialı seriallardan biri olan "Güzel Atlar Diyarı"nın heyətinə iki yeni aktyor daxil olub.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
"Güzel Atlar Diyarı" üçün hazırlıqlar sürətlə davam edir. "Kanal D"də yayımlanacaq serial Kapadokyada çəkiləcək.
Serialın ilk iki bölümünə Mahsun Kırmızıgül rejissorluq edəcək.
İyulun sonunda ekranlara çıxacaq serialın sentyabrda yayımlanması planlaşdırılır. Serialın güclü heyətinə iki məşhur sima daxil olub. "Hudutsuz Sevda" serialında "Levent" obrazını canlandıran Özgür Emre Yıldırım "Güzel Aşklar Diyarı" ilə müqavilə imzalayıb.
Uğurlu aktyor maraqla gözlənilən serialda "Cihangir" obrazını canlandıracaq.
Hazırda Cengiz Karabəkirin "Paranoya" filmində rol alan Ege Kökenli də bu serialla razılaşıb. Aktrisa serialın önəmli personajlarından olan "Hanzadə"yə həyat verəcək.
ŞƏRHLƏRŞƏRH YAZ