Onlayn ictimai-siyasi qəzet
Türkiyəli məşhur müğənni, aktyor və rejissor Mahsun Kırmızıgül yeni film çəkir.
Musavat.com xəbər verir ki, "Prestij məsələsi" adlı film 1991-ci ildə qurulan "Prestij müzik" şirkətinə həst olunub. Filmdə "Prestij müzik"in qurulması hekayəsindən bəhs ediləcək. Filmdə "Prestij müzik" şirkətinin qurucusu Hilmi Topaloğlu rolunu aktyor Engin Hepileri canlandıracaq.
Bundan başqa, filmdə Melisa Döngəl, Əsər Yenənlər, Biran Damla Yılmaz və Şəbnəm Bozoklu da rol alacaq. Çəkilişlər 18 sentyabrda başlayacaq.
Qeyd edək ki, "Prestij müzik" şirkətinin qurucusu Hilmi Topaloğlu 2003-cü ildə vəfat edib. O, məşhur müğənni Mustafa Toğaloğlunun qardaşıdır.
Musavat.com
Engin Hepileri
Şəbnəm Bozoklu
Melisa Döngəl
Əsər Yenənlər
Biran Damla Yılmaz
20 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ