İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahir Emrelinin komandası qələbəni əldən verib

Türkiyə Super Liqasında XXVIII tura start verilib.

"Report"un məlumatına görə, açılış oyununda Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" evdə "Antalyaspor"la qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib - 1:1.

Hesabı 24-cü dəqiqədə Məhəmməd Dəmir açıb. Qonaqlar isə 45-ci dəqiqədə Haci Raytın qolun ilə tarazlığı bərpa ediblər.

Oyuna ehtiyatda başlayan Mahir Emreli 66-cı dəqiqədə meydana çıxıb. Əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə rəqiblə toqquşan 26 yaşlı hücumçu başından yüngül xəsarət alıb.

Qeyd edək ki, bu nəticədən sonra xallarını 36-ya çatdıran "Konyaspor" 8-ci pillədəki mövqeyini qoruyub. 29 xalı olan "Antalyaspor" isə 11-cidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR