İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahir Emreli “Dinamo Zaqreb”in heyətində dubl edib

“Dinamo Zaqreb”in oyunçusu Mahir Emreli futbol üzrə Xorvatiya çempionatının 17-ci turunun oyununda dubl edib.

“Report”un xəbərinə görə, “Rijeka” klubu “Dinamo Zaqreb”lə qarşılaşıb. Mahir Emrelinin çıxış etdiyi “Dinamo Zaqreb” rəqibini 2:7 hesabı ilə darmadağın edib. 71-ci dəqiqədə meydana daxil olan həmyerlimiz iki qol vuraraq komandasının qələbəsinə töhfə verib.

Qeyd edək ki, bir oyun az keçirməsinə baxmayaraq, “Dinamo Zaqreb” 41 xalla şəriksiz liderdir. “Rijeka” klubu isə 17 oyundan sonra 15 xal toplayaraq səkkizinci yerdə qərarlaşıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR