Onlayn ictimai-siyasi qəzet
Rusiyaya bağlı Dağıstan Respublikasının paytaxtı Mahaçqalada hündürmərtəbəli binada güclü partlayış baş verib.
Musavat.com xəbər verir ki, bu barədə Rusia Fövqəladə Hallar nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, güclü partlayışdan sonra binada yanğın başlayıb.
Rəsmi xəbərlərə görə, partlayışa səbəb mənzillərdən birinə qaz sızmasının olmasıdır. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.
Şəhər meriyası bildirib ki, bu hündürmərtəbəli bina istifadəyə verilməsə də bir çox insan artıq binada yaşamağa başlayıb.
Dağıstanın Səhiyyə Nazirliyinin məlumatına görə, iki nəfər xəsarət alıb, bir qadının vəziyyəti ağırdır.
@@TVmusavat/111442@@
Musavat.com
28 Mart 2025
27 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ