Onlayn ictimai-siyasi qəzet
Mahaçqala hava limanında iğtişaşların 20-dən çox fəal iştirakçısı müəyyən edilib.
Məlumata görə, onları səkkiz ilə, təşkilatçıları 15 ilə qədər həbs gözləyir.
Bu barədə İstintaq Komitəsi xəbər yayıb.
Ümumilikdə iş üzrə onlarla hadisə şahidi dindirilib, kameralardan alınan məlumatlar və şahid ifadələri təhlil edilib. Departament qeyd edir ki, hava limanında iğtişaşlar nəticəsində dəyən ziyan yüz milyonlarla rubl təşkil edib.
Xatırladaq ki, oktyabrın 29-da Mahaçqala hava limanında kütləvi iğtişaşlar baş vermişdi.//Oxu.az
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ