İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan İsveçi NATO-ya buraxmaya bilər – Orban Aİ-yə dirəşir

Macarıstan parlamenti İsveçin NATO-ya yekun qəbulu ilə bağlı protokolun ratifikasiyasını qeyri-müəyyən müddətə təxirə salmağı düşünür.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban qanunvericilər qarşısında çıxışında onları İsveçin NATO-ya üzvlüyü ilə bağlı məsələni, əvvəllər söz verdiyi kimi, oktyabrda deyil, bir müddət sonra həll etməyə çağırıb.

Məlum olub ki, Avropa Komissiyası bir gün əvvəl ölkə hökumətinə məhkəmə sistemində islahatların niyə Brüsseldə istədikləri kimi sürətlə getmədiyini izah etməyi xahiş edən məktub göndərib.

Orban payız sessiyasının ilk günündə hökumətyönlü “Fides” partiyasının çoxluq təşkil etdiyi parlament qarşısında çıxış edərkən deyib ki, yayda vəd etdiyi kimi, parlament İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu ratifikasiya etməlidir. Orban dəqiq tarix açıqlamayıb, lakin istinad nöqtəsi olaraq oktyabrın əvvəlində eyni protokolun Türkiyə parlamenti tərəfindən ratifikasiya edilməsini gözləməyi tövsiyə edib.

Türkiyə və Macarıstan İsveçin alyansa daxil olmasını hələ təsdiq etməyən son iki NATO ölkəsidir.

Bununla belə, Orbanın çıxışından göründüyü kimi, Macarıstanın qərarı Türkiyə qanunvericilərinin qərarından asılı olmayacaq. O, payız sessiyasının tapşırıqları siyahısında protokolun ratifikasiya olunmasını qeyd etməyib. “Bizi İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməyə sövq edəcək təcili nəyinsə olub-olmadığını görməliyik. Mən belə hallar görmürəm", - Orban deyib.

O, çıxışında qeyd edib ki, hazırda heç bir şey İsveçin təhlükəsizliyini təhdid etmir. “Ona görə də Budapeşti ratifikasiyaya tələsdirməyin mənası yoxdur”, - baş nazir deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR