İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenkodan Putinə gözlənilməz cavab: Təklifini rədd etdi

Belarusun Ukraynaya qarşı müharibədə birbaşa iştirakı inandırıcı görünmür Böyük ehtimalla Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinin daha sıx inteqrasiya təklifindən imtina edib.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun analitik təhlilində deyilir.

Amerikalı ekspertlərə görə, Lukaşenko Ukraynadakı müharibəni Putinlə müzakirə etməkdən yayınıb. Eyni zamanda Minsk bəyan edib ki, Minsk baş verənlərə görə Qərb təhlükəsi ilə üz-üzə qalıb. Öz növbəsində, Putin Lukaşenkoya belaruslu pilotlara xüsusi döyüş başlıqlarının istifadəsi üzrə təlim keçmək imkanlarını nəzərdən keçirməyi təklif edib.

“Lukaşenko Belarus sərhədlərini Qərb və NATO-dan qoruya biləcək ritorikadan istifadə edir, Rusiyanın Ukraynaya müdaxiləsində iştirakdan yayınmağa çalışır”, - təhlildə deyilir.

Lukaşenko eyni zamanda Moskvanın Minski S-400 hava hücumundan müdafiə sistemləri və “İskəndər” sistemləri ilə təmin edəcəyini bildirib. Rusiya prezidentinin sözlərinə görə, tərəflər müdafiə məkanının formalaşdırılması məsələsini də müzakirə ediblər. Bu baxımdan analitiklər belə qənaətə gəliblər ki, Lukaşenko Belarusun Ukraynaya qarşı müharibəyə cəlb edilməsinə razı olmayıb.

Rusiya prezidenti dünən Belarusda səfərdə olub./Teleqraf.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR