İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko: Zelenski başa düşüb ki, müharibədə qalib gəlməyəcək

"Zelenski nəhayət başa düşüb ki, bu müharibədə qalib gəlməyəcək".

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

Onun sözlərinə görə, bu əks-hücum minlərlə insanın ölümü istisna olmaqla, onun üçün heç bir nəticə verməyəcək

"Zelenski tədricən Ukraynanı bu müharibəyə sövq edənlərə qarşı iddialar irəli sürməyə başlayıb. Bunlar ilk növbədə pul və yeni silah formasında iddialardır. O, artıq bu vəziyyətdən çıxmaq üçün addımlar atır", - deyə Lukaşenko vurğulayıb.

Belarus lideri həmçinin hesab edir ki, Ukraynada mübarizə daha da artacaq, çünki Ukraynanın hələ də kifayət qədər strateji ehtiyatları var. “İyulun 11-nə qədər (NATO-nun Vilnüs sammiti – red.) onlar nəsə nümayiş etdirməlidirlər. Əgər onlar (Ukraynanın hərbi rəhbərliyi-red ) indi ən yaxşı birləşmələri döyüşə atsalar, nəhayət, Ukraynanın döyüş qabiliyyətini dəfn edəcəklər”, - deyə o əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR