İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko Ukraynanı hədələdi - “Batka” nəyə işarə vurur?

Belarus lideri niyə yalnız Ukraynanı dayanmağa çağırır, Rusiyanı yox, axı savaşı Putin başladıb...

Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanı “dayanmağa” çağırıb və əks halda, onun “tamamilə məhv olacağını” iddia edib.

“Hər şey Ukraynanın əlindədir. Ona görə yox ki, mən bu mövzunu Zelenskiyə və Ukraynaya çatdırmaq istəyirəm. Doğrudan da indi hər şey Ukraynanın əlindədir. Ölüm istəmirlərsə, həm də nəhəng sayda ölüm... Çətindir, ağırdır, amma dayanmaq lazımdır, bunu dayandırmaq lazımdır, ona görə ki, bundan sonra Ukraynanın tam məhvi gələcək... Bu, Putinin ”əməliyyatdan" çox əvvəl bir dediyi kimi, heç də dövlətçiliyin itirilməsi təhlükəsi deyil, bu, Ukraynanın məhvi olardı. Dayanmaq lazımdır", - deyə o, Rusiya mətbuatına bildirib.

Bəs “Batka” nəyə işarə edir - Rusiyanın nüvə silahından istifadə edəcəyinə, yoxsa Belarusdan Ukraynaya qarşı “ikinci cəbhə” açılacağına? Lukaşenko müttəfiqi Rusiyanı indiki çətin vəziyyətdən çıxarmaq üçün buna gedərmi?

Başqa yandan, “Batka” niyə yalnız Ukraynanı dayanmağa çağırır, Rusiyanı yox? Məgər müharibəni başlayan Putin, Rusiya deyil?

Mövlud Çavuşoğlu: "Ermənistan dərhal təxribatlara son qoymalıdır" -  Anmedia.az

Mövlud Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bu gedişlə Ukraynada müharibənin onilliklərlə davam edə biləcəyini söyləyib.

Sitat: “Bizim fikrimizcə, Rusiya ilə Ukrayna arasında müharibə bu və ya digər şəkildə döyüş meydanındakı hansısa tərəfin uğuru nəticəsində deyil, danışıqlar masası arxasında başa çatacaq. Rusiya Federasiyası və Ukrayna nümayəndələri arasında öncə Antalyada, daha sonra İstanbulda keçirilən təkbətək görüşlərdən sonra atəşkəs əldə etməyə yaxın olub, lakin daha sonra tərəflər dialoqdan uzaqlaşmağa üstünlük verib. Bu gün şərtlər mart ayında olanlardan ciddi şəkildə fərqlənir. Yeni reallıqlar var. Vəziyyət daha mürəkkəbdir, lakin biz ümidimizi itirməməliyik”.

Ancaq müharibənin gələn il bitəcəyi haqda ehtimallar da az deyil və getdikcə artır. Di gəl, kimin xeyrinə? Əsas sual da budur.

Bu arada, Ukrayna Milli Təhlükəszilik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiya hərbçilərinə “Şahed-136" kamikadze dronlarının idarə olunmasını öyrədən İran təlimatçılarının Krımda öldürüldüklərini təsdiq edib. Bunu Britaniyanın ”The Guardian" qəzeti yazıb. Danilovun sözlərinə görə, işğal olunmuş Ukrayna torpaqlarında Rusiyanın müdaxiləsini dəstəkləyən başqa iranlılar da hədəflənə bilər.

Danilov ölən İran təlimatçılarının sayı barədə məlumat verməyib. Noyabrın 22-də adının çəkilməsini istəməyən Ukrayna məmuru “Jerusalem Post” qəzetinə demişdi ki, bir həftə ərzində Ukrayna qüvvələri rusiyalılara İran dronlarının idarə olunmasında kömək edən onlarca İran vətəndaşını məhv edə biliblər. Bu da xəbər verilir ki, İran təlimatçıları rusiyalılara dronların buraxılmasında və Ukrayna hədəflərinə tuşlanmasında kömək edirlər.

Partiya sədri prezidentin çağırışına qoşuldu - Fuad Əliyev qeydiyyatdan  keçdi » Vertikal.az

Fuad Əliyev

ALDP sədri Fuad Əliyevin qəzetimizə dediyinə görə, Ukraynaya çağırış Lukaşenkonun informasiya əsasında söylədiklərindən irəli gəlir: “Belarus lideri əmindir ki, Rusiya daha sarsıdıcı hücumlar təşkil edəcək. Hazırda Ukraynanın 30 faiz ərazisində enerji infrastrukturu sıradan çıxarılıb, Kiyev işıqsız və susuz qalıb, rus ordusunun bundan betər zərbələri gözlənilir, belədə isə Lukaşenko çağırış edir ki, Zelenski dayansın. Sözsüz ki, o, Putinə analoji sözləri deməz, əksinə, Kremlin fikirlərini ifadə etməkdədir. Mənə elə gəlir, Rusiyanın taktiki nüvə başlığından istifadəsi mümkündür. Bunu ayrı-ayrı rəylərdən və gedişatdan görmək olar. Lukaşenko Ukraynaya xəbərdarlıq edir ki, Qərbin silahlarına arxayınlaşıb müharibəni davam etdirməklə itkiləri artacaq. Amma Ukrayna prezidenti heç bir halda çıxış yolu görmək istəmir və düşünür ki, sonuncu ukraynalı ölənə qədər döyüşmək lazımdır”.

Partiya sədrinin fikrincə, müharibə ilin sonuna qədər atəşkəslə bitməlidir: “Tərəflər anlayır ki, bu döyüşlərin əhəmiyyəti yoxdur. Hələlik atəşkəs imzalamaqla yaraları sarımaq və danışıqlara getmək olar. Əks təqdirdə iki slavyan xalqının qırğını uzanacaq. Qərb cəbhəsini maraqlandırmır ki, nə qədər insan ölümü qeydə alınır, onlar böhranın uzanmasını arzulayır. Çünki pul, silah dövriyyədədir və itirən Rusiya ilə Ukraynadır. Lukaşenko bunu bilir və görür ki, müharibə çıxılmaz, kor dalana dirənib. O həm də öz ordusunun münaqişəyə təhrik edilməsindən narahatdır. Habelə, Rusiya ordusu Belarusdan Ukraynanın şimalına hücum edə bilər və bu səbəbdən indidən Kiyevi məlumatlandırır”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR