İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko Paşinyana: “Keçilərin belə gəzmədiyi bu dağlarda niyə döyüşürsünüz?”

“Belarus və mən prezident kimi Azərbaycan, Ermənistan və Rusiyanın razılaşdırılmış qərarını dəstəkləyəcəyik”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan sərhədi ilə bağlı qaldırdığı suallara münasibət bildirərkən deyib.

"Yekdil fikrə gəlsəniz, mən də baxmadan bu yekdil fikri dəstəkləyəcəm", - deyə Belarus lideri söyləyib.

O, davam edən münaqişə ilə bağlı şəxsi mövqeyini də ifadə edib: “Mənim bu sərhədlərdə orada baş verənlər haqqında təəssüratlarım var. Artıq yoldaşcasına dedim: uşaqlar, siz nəyin uğrunda mübarizə aparırsınız? İki min metr yüksəklikdə olan bu dağlarda nə üçün döyüşürsüz? Üç yüz adam öldürüldü. İnsanların yaşamadığı yerdə üç yüz adam öldü! Bu keçilərin belə getmədiyi yerə! Niyə dava edirsiniz, bir yerdə oturun, razılaşın! Qoy Rusiya bu müqaviləni təqdis etsin”.

“Ancaq siz istəmirsiz. Burada bir növ oyun gedir. Bu oyun mövcud ola bilməz. Çünki müharibə və sülh məsələsi həll olunur!” - Belarus dövlətinin başçısı qeyd edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR