İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko: “Biz Putinlə bütün məsələləri razılaşdırdıq”

Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə bir çox məsələlərin nəhayət razılaşdırıldığını, qalan detalların iki ölkənin hökumətləri tərəfindən yekunlaşdırılacağını söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Aleksandr Lukaşenko Vladimir Putinlə söhbətdən sonra danışıb.

“Dünən bir çox məsələlər yekunlaşdı. Hökumətlər onları təkmilləşdirəcək. Onların bizə sualları da qalmayıb. İstədikləri hər şeyi həll etdik. Buna görə də sizə təşəkkür edirəm”, - deyə Belarus prezidenti bildirib. Onun sözlərinə görə, prezidentlər “Minsk dialoqu”nun davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Aleksandr Lukaşenkonun bəhs etdiyi razılaşdırılan məsələlərin nə olduğu hələ bilinmir. Bu, Rusiya-Belarus Birlik dövlətinin artıq tam olaraq işə düşməsini, hətta Ukrayna ilə savaşa Belarus qoşunlarının cəlb olunmasını da ehtiva edə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR