Onlayn ictimai-siyasi qəzet
“İsraillə Türkiyə arasındakı münasibətlər ilk baxışdan göründüyü qədər pis deyil”.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru, türkoloq Tiran Loxmagözyan deyib.
“Əgər biz İsrail-Türkiyə münasibətlərində yüksək səsli söhbətlər, dərinlikdə isə konstruktiv münasibətlər görürüksə, Ermənistan məsələsində hər şey tam əksinədir: Türkiyə tərəfdən yüksək səsli bəyanatlar gəlməsə də, düşmənçilik yerində qalıb.
Ermənistan hakimiyyətinin Ərdoğan tərəfindən tanınmasından sui-istifadə edəcəyini gözləmək sadəlövhlükdür. Bu hakimiyyət onsuz da türklərə işləyir”, - deyə Loxmagözyan iddia edib.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ