Onlayn ictimai-siyasi qəzet
Oğurlanan və yeddi il sonra Londonda avtobus dayanacağında tapılan Renessans dövrünə aid tablo hərraca çıxarılıb.
Musavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, Renessans dövrünün məşhur ustası Titian tərəfindən çəkilmiş “The Rest on the Flight into Egypt” adlı əsər 1809-cu ildə, sonra isə 1995-ci ildə yenidən oğurlanıb.
İyulun 2-də Londonun məşhur hərrac evi “Christie's” tərəfindən satışa çıxarılacaq tablonun 15 milyon funt sterlinq ilə 25 milyon funt sterlinq arasında satılacağı gözlənilir.
Tablo 1995-ci ildə oğurlandıqdan sonra 2002-ci ildə Londonun cənub-qərbində bir avtobus dayanacağında o zamanın məşhur sənət detektivi Çarlz Hill tərəfindən çantada tapılıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ