İnsanlara hürriyət, millətlərə istiqlal!

“London və Pekin arasında münasibətlərin “qızıl dövrü” başa çatdı”- Britaniya baş naziri

“London və Pekin arasında münasibətlərin “qızıl dövrü” başa çatıb”.

Azpost.info xəbər verir ki, “The Guardian” bunu Britaniya baş naziri Rişi Sunaka istinadən yazıb.

“Qızıl dövr” adlanan dövr ticarətin sosial və siyasi islahatlara səbəb olacağına dair sadəlövh fikirlə birgə başa çatdı”, – Britaniya Baş naziri bildirib.

Sunak Pekinlə diplomatik münasibətləri daha da sərtləşdirməyə çağırıb, Çinin Britaniya dəyərləri və maraqlarına meydan oxuduğunu, daha böyük avtoritarizmə doğru irəlilədiyini qeyd edib.

Bununla belə, o, Qərb ölkələrinin Çinin dünyaya təsirini və ümumi problemlərin həllinə kömək etmək qabiliyyətini nəzərdən qaçıra bilməyəcəyini qəbul edərək, Çini təhlükə adlandırmayıb.

Böyük Britaniya və Çin arasında münasibətlərdə “qızıl dövr” 2015-ci ildə o vaxtkı Baş nazir Devid Kemeron tərəfindən elan edilmişdi.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR