Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin əvvəlindən etibarən səhmləri London Fond Birjasında (LSE) ticarət olunan şirkətlərin sayı son 14 ildə ən böyük azalmaya məruz qalıb.
Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, bu il London birjasını təxminən 45 şirkət tərk edib - bu, 2010-cu ildən bəri maksimumdur. Bunun əsas səbəbi kağızlarıa birjada ticarət olunan bir çox şirkətlərin daha böyük rəqiblər və investisiya firmaları tərəfindən ələ keçirilməsidir.
Agentlik bildirir ki, bu il ərzində yalnız 11 şirkət LSE-də ilkin kütləvi təkliflər həyata keçirib. Britaniya firmalarının başqaları tərəfindən alınması əməliyyatlarının həcmi illik müqayisədə 81 faiz artaraq 160 milyard dollardan çox olub.
Xarici investisiya şirkətləri xüsusilə fəaldır. Belə ki, Amerikanın Starwood Capital Group şirkəti oktyabr ayında Londonda yerləşən Balanced Commercial Property Trust Ltd şirkətini 674 milyon funt sterlinqə (852 milyon dollar), İsveçin EQT AB şirkəti son həftələrdə Keywords Studios Plc oyun studiyasını 2,1 milyard funta, Thoma Bravo isə kibertəhlükəsizlik proqram təminatı istehsalçısı Darktrace Plc-ni 5,3 milyard dollara satın alıb.
İlin sonuna qədər daha bir neçə sövdələşmənin yekunlaşması gözlənilir. Belə ki, Aviva Plc sığorta şirkəti Direct Line Insurance Group Plc-ni 3,3 milyard funt-sterlinqə almağa çalışır, General Atlantic onlayn təhsil sahəsində fəaliyyət göstərən və bazar kapitallaşmasına malik Learning Technologies Group Plc-ni 730 milyon funt sterlinqə almaq üçün danışıqlar aparır.
Bloomberg qeyd edir ki, bu vəziyyət Böyük Britaniyada qeydə alınmış şirkətlərin investorlar arasında populyarlığını göstərir, çünki Britaniya fond bazarı hazırda rəqabət aparan qlobal bazarlara nisbətən 40 faizdən çox endirimlə ticarət edir.
Musavat.com
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ