İnsanlara hürriyət, millətlərə istiqlal!

Liz Trassın telefonu belə “sındırılıb”

Böyük Britaniyanın keçmiş baş naziri Liz Trassın şəxsi smartfonu İsrailin “NSO Group” şirkətinin “Pegasus” casus proqramından istifadə edilməklə “sındırılmış” ola bilər.

Musavat.com xəbər verir ki, “bu barədə The Times” qəzeti məlumat yayıb.

Böyük Britaniyanın “Mİ-6” kəşfiyyat agentliyinin keçmiş rəhbəri Aleks Yanqerin sözlərinə görə, artıq dövlət başçılarının telefonlarına hücum üçün istifadə edilən “Pegasus” vasitəsilə internetə qoşulan bütün qurğulara daxil olmaq mümkündür.

Onun fikrincə, Britaniya nazirləri təhlükəsizliyə kifayət qədər diqqət yetirmirlər və onlara kibertəhlükəsizlik dərsləri verilməlidir.

Ada dövlətinin hazırkı baş naziri Rişi Sunak Liz Trassın hələ xarici işlər naziri olduğu zamanlarda istifadə etdiyi telefonların yoxlanılmasını əmr edib.

Xatırladaq ki, 2021-ci ilin yayında Fransada yerləşən “Forbidden Stories” qeyri-hökumət təşkilatı və müxtəlif ölkələrdən olan 17 media orqanı bir sıra ölkələrin “Pegasus” mobil telefon proqramından istifadə edərək on minlərlə insanı izləyə biləcəyi barədə məlumat yaymışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR