İnsanlara hürriyət, millətlərə istiqlal!

Liviyada siyasi böhran nəticəsində iki neft terminalı fəaliyyətini dayandırıb

Liviyada ikihakimiyyətlilik nəticəsində yaranmış siyasi böhran səbəbindən bu ölkənin ən böyük ikinci neft terminalı da bağlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Liviya Milli Neft Korporasiyası məlumat yayıb. Liviyanın ixrac terminallarının fəaliyyətinin iflic olması qlobal bazarda xam neftin qiymətinin artmasına səbəb olub. İki gün öncə gündəlik 60 min barel neft ixrac edən “Breqa” terminalı da bağlanmışdı. Liviyanın şərqində yerləşən “Zueytina” terminalının fəaliyyətini dayandırması böhranı daha da dərinləşdirib. Bundan başqa, “Şaharara” yatağında da neftin hasilatı dayandırılıb. Liviya Milli Neft Korporasiyası bildirib ki, bu mədəndə çalışanlar işi dayandırmağa məcbur ediliblər. Belə ki, ölkənin şərqində hakimiyyəti ələ almış yeni hökumət paytaxt Tripolidən neft gəlirlərini bölüşməyi tələb edib.

Ekspertlər bildirirlər ki, son bir həftə ərzində Liviyada gündəlik neft hasilatında 600 min barel həcmində azalma var. Onlar xəbərdarlıq edirlər ki, bu, ölkə iqtisadiyyatını fəlakətə sürükləyəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR