İnsanlara hürriyət, millətlərə istiqlal!

Liftdə tək, çarəsiz - Bir neçə gün sonra poçtalyon qadının meyidi tapılıb

Daşkənddə 32 yaşlı qadın elektriki enerjisinin kəsilməsi nəticəsəndə uzun müddət tək və çarəsiz qaldığı liftdə ölüb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, poçt idarəsində poçtalyon işləyən Olqa iyulun 24-də məktubları ünvanlara çatdırmaq üçün gedib və yoxa çıxıb. Bir neçə günlük axtarışlardan sonra onun meyidi yeni tikililərdən birinin liftində tapılıb.

Məlum olub ki, lift ən yuxarı mərtəbədə ilişib qalıb. Evdə tam yaşayış olmadığından liftin nasazlığını heç kim fərq etməyib və Olqa içəridə çarəsiz qalıb, səsini eşidən olmayıb. Onun kənardan yardım çağırmaq üçün üzərində telefon olub-olmadığı barədə məlumat verilmir.

O, iyulun 27-dən 28-nə keçən gecə aşkar edilib. Qadının kiçik bir qızı var.

Özbəkistan Baş Prokurorluğu qadının ölümünün səbəblərini və şəraitini öyrənir. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR