Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizə səfər edən Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze” istirahət mərkəzində olublar.
Musavat.com xəbər verir ki, fəxri qonaqları “Sea Breeze”in təsisçisi və tanınmış musiqiçi-biznesmen Emin Ağalarov qarşılayıb.
O, liderləri istirahət kompleksində görülmüş işlərlə tanış edib, ərazi üzrə geniş təqdimat aparıb.
Səfər çərçivəsində Emin Ağalarovun təşkilatçılığı ilə yüksək səviyyəli qonaqlar üçün xüsusi yemək süfrəsi açılıb. Səmimi görüş zamanı dostluq, əməkdaşlıq və qardaşlıq mühiti hökm sürüb.
Azərbaycan və Türkmənistan liderlərinin qeyri-rəsmi ünsiyyəti iki ölkə arasında münasibətlərin dostluq və qarşılıqlı etimad əsasında inkişaf etdiyinin göstəricisi kimi qiymətləndirilir.
Sözügedən görüşdən maraqlı görüntüləri təqdim edirik.
Musavat.com
19 Iyul 2025
18 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ