İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ generalından qorxunc xəbərdarlıq: Çin və Rusiya birgə hücuma keçəcək

ABŞ və onun Avropalı müttəfiqlərinin Çin və Rusiya ilə genişmiqyaslı hərbi münaqişəyə hazırlaşmaq üçün cəmi bir il yarım vaxtı var.

Musavat.com xəbər verir ki, bu ehtimalı Bild nəşrinə ABŞ-ın Avropadakı qüvvələrinin və Avropadakı Müttəfiq Qüvvələrin Ali Baş Komandanı general Aleksus Qrinkeviç deyib. Onun fikrincə, iki diktatura çox güman ki, 2027-ci ildə koordinasiyalı hücuma keçəcək.

Amerikalı general hesab edir ki, əgər Çin rəhbəri Si Cinpin həqiqətən də Tayvana hücum etmək qərarına gəlsə, o, yəqin ki, öz hərəkətlərini Rusiya diktatoru Vladimir Putinlə razılaşdıracaq. Bu, qlobal miqyasda hərbi münaqişəyə qapı açacaq: “Mənim üçün bu o deməkdir ki, hər iki hadisə eyni vaxtda baş verə bilər”.

Onun sözlərinə görə, Çin və Rusiyadan ikiqat zərbə yaxınlaşır və 2027-ci il “potensial olaraq böhran ili ola bilər”.

Amerikalı general vurğulayıb ki, hazırkı vəziyyət müttəfiqlərə hazırlaşmaq üçün çox az vaxt qoyur - cəmi 18 ay: "Hazır olmaq üçün bizə hər bir avadanlıq, hər bir texnologiya və hər bir döyüş sursatı lazım olacaq".

Bild yazır ki, Rusiyanın NATO-nun kiçik dövlətinə gözlənilməz hücumu ilə bağlı oxşar narahatlıqlar bu gün Almaniyanın hökumət dairələrində geniş yayılıb. Səbəb isə Rusiyanın Avropa ölkələrinin yaxın illərdə baş verəcək ciddi hərbi münaqişəyə tamamilə hazır olmadığı qənaətində olmasıdır.

Bild öz mənbələrinə istinadən yazır ki, “müvafiq olaraq, hətta Almaniya hökumətinin üzvləri Rusiyanın hərbi təxribatını 2027-ci ildə gözləyirlər”.

 UNIAN yazır ki, ABŞ hərbi və siyasi rəhbərliyi Çinin yaxın illərdə Tayvana hücum edə biləcəyindən ciddi narahatdır. Belə ki, ABŞ silahlı qüvvələrinin Hind-Sakit okean regionundakı baş komandanı admiral Samuel Paparo Çinin 2027-ci ildə müharibəyə başlaya biləcəyi barədə xəbərdarlıq edib.

Bu arada Pentaqon artıq Yaponiya və Avstraliya ilə bu müharibə zamanı hansı rolu oynayacaqları barədə danışıqlar aparır.

NATO-nun baş katibi Mark Rutte bu yaxınlarda xəbərdarlıq etmişdi ki, əgər Tayvana hücum edilərsə, Si Cinpin Avropanın özündə hərbi təxribat törədərək Putinin vasitəsilə Avropa ordularını həmin münaqişəyə cəlb edəcək ki, Tayvana yardım edə bilməsinlər.

Bu cür təxribatlara ən həssas olan ölkələrdən biri üç Baltikyanı dövlətdən ən kiçiyi olan Estoniya hesab olunur. Bu ölkədə rusdilli azlıq güclüdür.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR