İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankarada güclü yağış: sel fəlakəti evləri və yolları dağıtdı - VİDEO

Türkiyənin paytaxtı Ankarada yağan leysan yağışlar şəhərdə sel və daşqınlara səbəb olub.

Musavat.com xəbər verir ki, paytaxtda yağıntı nəticəsində çox sayda ev və iş yeri su altında qalıb. Sel suları nəqliyyatın hərəkətini çətinləşdirib, avtomobilləri sürükləyərək aparıb.

Hadisə nəticəsində bəzi ağaclar aşıb, tikililərdə isə dağıntılar qeydə alınıb. Fövqəladə Hallar xidmətləri əraziyə cəlb edilib, zərərçəkənlərə yardım göstərilir.

Hazırda şəhərdə yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Rəsmilər vətəndaşlara ehtiyatlı olmaları barədə xəbərdarlıq ediblər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR