İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko nazirlərə təpindi: Kartofla zarafat etmək olmaz!

Belarus prezidenti Aleksandr Lukaşenko məhsul yığımından sonra “xoşagəlməz söhbətlər” eşitməmək üçün məmurlardan “kartof itkisinə yol verməməyi” tələb edib.

Musavat.com xəbər verir ki, onun kartof yığımı kapmaniyasına həsr olunmuş müşavirədəki çıxışını Belarus liderinin mətbuat xidmətinə yaxın olan "Pul Pervoqo" Telegram kanalı yayıb.

Lukaşenko Belarusun kənd təsərrüfatı və ərzaq naziri Yuri Qorlova müraciət edərək kartofla zarafat etməmələrini tövsiyə edib: “Kartofu itirməməyə çalışın. Əgər kimsə sizə tabe olmayıbsa, sizə məlumat verməyibsə, dərhal mənə bildirin. Biz ən sərt tədbirləri görəcəyik. Bu gün zarafat etmək olmaz! Keçən il zarafat etmişdik - əhalidən qulağımızın dibinə şillə aldıq. Biz isə prezidentdən tutmuş rayon icra komitələrinin sədrlərinə qədər özümüzə haqq qazandırmağa çalışdıq ki, Rusiyada kartof 3 dəfə bahadır - ora ixrac olunurdu. Amma o qədər istehsal etmək lazım idi ki, həm daxili bazarda kifayət qədər kartof olsun, həm də ixraca göndərək – kəndli üçün pul lazımdır. Ona görə də indi məhsulun bol olduğuna əmin olun ki, sonra nəticələrlə bağlı xoşagəlməz söhbətlər olmasın”.

Lukaşenko daha əvvəl əmin edib ki, Belarus bu il yaxşı hava şəraiti sayəsində çörək və kartofla tam təmin olunacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR