İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynadan dron alıb, silah verəcək – Baş nazir

ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski Ukraynada dron istehsalına investisiyalarla bağlı siyasi razılaşma əldə ediblər.

Musavat.com Unian-a istinadən xəbər verir ki, bu açıqlama ilə Ukraynanın yeni baş naziri Yuliya Svırıdenko çıxış edib.

Onun sözlərinə görə, istehsal olunan dronlar ABŞ-a satılacaq, əvəzində Ukraynanın ehtiyac duyduğu bəzi silahlar alınacaq: "Siyasi razılaşma var. Söhbət Ukraynada istehsalın genişləndirilməsinə investisiyalardan gedir. İndi yeni müdafiə naziri Denis Şmıqal Amerika tərəfi ilə bu təklifi işləyib hazırlayacaq. Sonra texniki işlər görüləcək".

Qeyd edək ki, ötən Zelenski “The New York Post”a müsahibəsində deyib ki, tərəflər “ABŞ-ın Kiyevin Amerikadan bir sıra silahlar almasına razılaşması müqabilində döyüş sınaqlarından keçmiş Ukrayna pilotsuz təyyarələrini alacağı “meqasövdələşmə”ni nəzərdən keçirir”.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR