İnsanlara hürriyət, millətlərə istiqlal!

“Liberallıq” çətiri altında gizlənən “Dojd” kanalı - latviyalılar tez ayıldılar

Latviya Rusiyanın "Dojd” telekanalının yayım lisenziyasını ləğv edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Latviyanın Milli Elektron Media Şurasının (NEPLP) rəhbəri İvars Abolinış bildirib. Onun sözlərinə görə, qərar “milli təhlükəsizliyə və ictimai asayişə təhlükə ilə əlaqədar” qəbul edilib.

“Pozuntuların məcmusunu qiymətləndirən NEPLP əmin oldu ki, “Dojd” rəhbərliyi pozuntuların əhəmiyyətini və ciddiliyini başa düşmür və bilmir və buna görə də Latviya ərazisində fəalisyyət göstərə bilməz”, – deyə, Latviya rəsmisi söyləyib.

“Dozhd” telekanalı bundan sonra yalnız “YouTube” platformasında yayımını davam etdirəcək. Bu barədə “Dojd”un Latviya hakimiyyətinin onun lisenziyasını ləğv etmək qərarına verdiyi şərhdə deyilir. “Biz işimizi davam etdiririk və bizə qarşı irəli sürülən bütün ittihamları ədalətsiz və absurd hesab edirik”, - deyə, mesajda vurğulanır.

Qeyd edək ki, Ukraynada təcavüzkar müharibə başlayandan bir neçə gün sonra Rusiyada “Dojd” telekanalı bağlanıb və bir çox müstəqil media kimi fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Bu ilin iyun ayında “Dojd”a Latviyada yayım üçün lisenziya verilmişdi.

Lakin kanalın fəaliyyəti onun əsl simasını ortaya çıxarıb. Belə ki, kanalına proqramlarında Krım Rusiyanın bir hissəsi kimi göstərilib, habelə Rusiya Federasiyasının Silahlı qüvvələrinə münasibətdə “ordumuz” sözlərindən istifadə olunmağa başlanıb. Latviya hakimiyyəti buna görə öncə “Dojd” kanalına 10 min avro cərimə kəsib.

Daha sonra teleaparıcı Aleksey Korostelevin efirdə kanalın səfərbər edilmiş ruslara “cəbhədə kömək edə biləcəyi” ifadəsi latviyalıların səbrini daşırıb. Latviyanın Dövlət Təhlükəsizlik Xidməti “Dojd”la bağlı araşdırmalara başlayıb. Latviyanın müdafiə naziri Artis Pabriks isə onun lisenzyasının ləğvini tələb edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR