İnsanlara hürriyət, millətlərə istiqlal!

Leyla Abdullayeva AÇIQLADI: "Azərbaycanda mina qurbanlarının sayı 261-ə çatıb"

"Vətən Müharibəsindən sonra Azərbaycanda mina qurbanlarının sayı 261 nəfərə çatıb".

Musavat.com xəbər verir ki, bunu Azərbaycanın Fransaya yeni təyin olunmuş səfiri Leyla Abdullayeva tviterdə yazıb.

Xatırladaq ki, oktyabrın 21-i Laçın rayonunun işğaldan azad edilmiş Suarası kəndi ərazisində təmir tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənov mina partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib, amma ağır xəsarət alan Elsevər Həmidov dünyasını dəyişib.

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı məlumata görə, hadisə zamanı yaralanan Səbuhi Həsənovun vəziyyəti qənaətbəxşdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR